RU

Məhkəmə Rusiyada xarici təsir agenti kimi tanınan Yuri Dud barədə protokolu geri qaytarıb

Moskvanın Kuzminski Rayon Məhkəməsi jurnalist Yuri Duda ( Rusiyada xarici agent kimi tanınır) qarşı tərtib edilmiş protokola baxmaqdan imtina edib.

AzNews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Rusiya İnzibati Xətalar Məcəlləsinin (İXM) 9.34-cü maddəsinin 4-cü hissəsi (“Xarici agentin fəaliyyəti ilə bağlı prosedurun pozulması”) ilə cəlb edilmiş şəxs Yuri Aleksandroviç Dudla bağlı inzibati protokol geri qaytarılıb”, – agentlik məhkəmə sənədlərinə əsasən qeyd edir.

Əlavə olaraq bildirilir ki, Dudla bağlı protokolun qaytarılması barədə qərar fevralın 4-də verilib.

Protokol məhkəməyə yanvarın 29-da daxil olub, lakin sənədin hansı səbəbdən tərtib edildiyi göstərilməyib.

Избранный
34
aznews.az

1Источники