RU

Xırdalanda yaşayış binasındakı dəhşətli yanğından görüntülər -

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Metbuat.az xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 35kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 10 nəfər bina sakini təxliyə edilib.

14:03

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Metbuat.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qüvvələri binanın 10-cu mərtəbəsində qeydə alınan yanğının yayılmasının qarşısını alıblar.

13:31

Abşeron rayonu, Xırdalan şəhərində, “Kristal Abşeron-1” kompleksindəki çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Избранный
1815
1
metbuat.az

10Источники