RU

Rusiyada daha bir müəmmalı ölüm- Putinə müxalif məşhur musiqiçi evinə polis basqını zamanı 10-cu mərtəbədən aşağı düşdü

Image

Rusiyanın prezident Putinə müxalif mövqeyi ilə tanınan məşhur musiqiçilərindən olan Vadim Stroykin ölüb. Rusiya mətbuatı Ukrayna ordusuna pul bağışladığı üçün Stroykinin məhkəməyə verildiyini və polisin də buna görə sənətçinin evinə basqın etdiyini yazır.

58 yaşlı Stroykin Sankt-Peterburqda polisin evinə basqın etdiyi zaman 10-cu mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq ölüb. Səlahiyyətli şəxslər Stroykinin ölümünün araşdırıldığını açıqlayıblar.

Stroykin 2022-ci ildə etdiyi bir paylaşımda Putini təhqir edərək “həm öz xalqına, həm də qardaş millətə müharibə elan etdiyini” deyib.

Stroykin başqa bir paylaşımında isə yazıb: "Mən onun ölməsini istəmirəm. Onun mühakimə edilib həbs atılmasını görmək istəyirəm".

TAHİR





Избранный
44
baki-xeber.com

1Источники