RU

“Şamaxı” “Sumqayıt”ı məğlub etdi -YENİLƏNİB 

Bu gün Misli Premyer Liqasında 22-ci tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Şamaxı” “Sumqayıt”ı qəbul edib. Görüş ev sahibinin qələbəsi ilə başa çatıb – 1:0.

Bu nəticənin ardından “Şamaxı” 20 xalla 8-ci, “Sumqayıt” isə 22 xalla 6-cıdı.

Qeyd edək ki, bu günün digər qarşılaşması “Sabah” və “Turan Tovuz” arasında olacaq.

Misli Premyer Liqası, 3-cü dövrə, 22-ci tur

9 fevral

14:30. “Şamaxı” – “Sumqayıt” 1:0 

Qol: Brahim Konate, 60

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Teymur Teymurov.

Şamaxı şəhər stadionu

Избранный
15
1
idmanxeber.az

2Источники