RU

Nə yediyimiz deyil, nə vaxt yediyimiz önəmlidir

Nə yediyimiz deyil,

Yeməklərin yalnız tərkibi deyil, zamanı da sağlamlıq üçün mühüm rol oynayır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bioloji ritmlərə uyğun qidalanmaq metabolizmanın daha səmərəli işləməsinə kömək edir.

Gec saatlarda yemək yemək yuxu keyfiyyətini azalda və orqanizmin enerji sərfiyyatını poza bilər. Mütəxəssislər axşam yeməyinin yatmazdan ən az üç saat əvvəl yeyilməsini tövsiyə edirlər.

Uzunmüddətli gecə orucu saxlamaq metabolik sağlamlığı dəstəkləyən mühüm strategiyalardan biridir. Dünyada uzunömürlü insanların çoxu erkən və yüngül axşam yeməyi yeməyə üstünlük verirlər.

Səhər yeməyinin daha qidalı və bol olması gün ərzində enerjili qalmağa kömək edir.

Mütəmadi və balanslı qidalanma metabolik xəstəliklərin qarşısını almağa kömək edə bilər.

Gec saatlarda yemək orqanizmin təbii ritmlərinə zidd olduğundan, sağlamlığa mənfi təsir göstərə bilər.

Sağlam və uzun ömür üçün yemək saatlarını düzgün planlaşdırmaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
24
e-saglam.az

1Источники