Meksikanın Tabasko ştatında avtobusla yük maşınının toqquşması nəticəsində, ilkin məlumata görə, 41 nəfər ölüb, 8 nəfər yaralanıb.
“İki sahil”in Meksika mətbuatına istinadən verdiyi məlumatına görə, Kankun şəhərindən Tabaskoya gedən avtobus Escarcega-Villahermosa yolunda yük maşını ilə toqquşub.
Avtobusun toqquşmadan sonra alov aldığını bildirən dövlət rəsmiləri qəzada, ilkin məlumata görə 41 nəfərin həyatını itirdiyini, 8 nəfərin isə yaralandığını açıqlayıb.
“Tours Acosta” avtobus şirkəti tərəfindən feysbukda paylaşılan məlumatda yük maşınının avtobusun olduğu zolağa keçdiyi iddia edilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”