"Turan Tovuz" tezliklə əvvəlki illərdə olduğu kimi "Turan" futbol klubu adlanacaq. Bununla bağlı, rəhbərlik də anons verib.
İdman.biz Sportfm.az-a istinadən xəbər verir ki, artıq bu istiqamətdə əməli işlərə başlanılıb.
Klubun Tovuz şəhər stadionu ərazisində yerləşən futbol akademiyasının binası üzərində "Turan" futbol klubu yazılıb.
Bu isə o deməkdir ki, Tovuz klubu artıq bundan sonra əvvəlki kimi "Turan" adlanacaq.
Yazı akademiyanın üzərinə ötən gün vurulub. Komanda rəhbərliyi məsələ ilə bağlı Ədliyyə Nazirliyinə də müraciət edib.
Ümumiyyətlə isə 2014-cü il oktyabrın 10-na qədər klubun adı "Turan" olub. Həmin tarixdən sonra klub "Turan Tovuz"a çevrilib.
Qeyd edək ki, üzərinə yeni ad həkk olunan akademiya binasının fevralın 14-də açılması gözlənilir.