RU

Avropa Komissiyasının Prezidenti: Aİ-nin müdafiəsini öz üzərinə götürməsinin vaxtı çatıb

Avropa İttifaqının təhlükəsizliyini və müdafiəsini öz üzərinə götürməsinin vaxtı çatıb.

APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Litvada mətbuat konfransında bildirib.

“İnfrastrukturun müdafiəsi ilə bərabər təhlükəsizliyimizi və müdafiəmizi öz üzərimizə götürməyin zamanı çatıb. Əslində bunu çoxdan etməli idik. NATO müdafiəmizin əsası olmaqda qalır. Ancaq aydındır ki, bizə Ümumavropa müdafiəsi lazımdır”, - deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.

Избранный
46
1
apa.az

2Источники