RU

İsrailin qəzzalıların sürgünü ilə bağlı yeni planı ortaya çıxdı- ABŞ mediasından qalmaqallı iddia…

Image

ABŞ prezidenti Donald Trampın bütün dünyada böyük tənqidlə qarşılanan Qəzza planını açıqlamasının ardından “Bloomberg” agentliyi yeni iddia ilə çıxış edib.

İddialara görə, qəzzalıların İsrailin cənubundakı hava limanı və ya Aşdod limanı üzərindən köçürülməsini nəzərdə tutan plan iki gün əvvəl İsrailin müdafiə naziri Katza təqdim edilib.

“Bloomberg” İsrail rəsmisinə istinadən xəbər verir ki, plan hərbi toplantı zamanı Katza təqdim edilib.

Qeyd edək ki,  Tramp, qəzzalıların təhlükəsiz bir alternativi olduğu təqdirdə, bölgəyə qayıtmaq istəməyəcəklərini iddia edib və qəzzalıların başqa ölkələrə yerləşdirilə biləcəyini bildirib. Tramp həmçinin ABŞ-ın Qəzza zolağının idarəçiliyini təhvil alacağını bildirib: "Buranın sahibi biz olacağıq və bütün təhlükəli partlamamış bombaların və digər silahların ərazidən çıxarılmasını, ərazinin çökmüş binalardan təmizlənməsini, bölgə xalqını iş və mənzillə təmin edəcək iqtisadi inkişafı təmin etmək üçün məsuliyyət daşıyacağıq".

Trampın açıqlamalarından sonra İsrailin müdafiə naziri Katz İsrail Müdafiə Qüvvələrinə (IDF) qəzzalıların “bölgəni könüllü olaraq tərk etməsinə” və “onları qəbul edən istənilən ölkəyə köçməsinə” imkan verəcək bir plan hazırlamağı tapşırıb. 

TAHİR





Избранный
39
baki-xeber.com

1Источники