Avropa İttifaqının cəmiyyətin təhlükəsizliyini və müdafiəsini öz əlinə götürməsinin vaxtı çatıb.
“İki sahil” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Baltikyanı ölkələrin elektrik şəbəkələrinin Belarus, Rusiya, Litva, Latviya və Estoniyanın (BRELL) vahid enerji sistemindən ayrıldıqdan sonra Avropa İttifaqı ilə sinxronlaşdırılması ilə bağlı Litvada keçirdiyi mətbuat konfransında deyib.
"İnfrastrukturun qorunmasından əlavə, təhlükəsizliyimizi və müdafiəmizi öz əlimizə götürməyin vaxtıdır və çoxdan gecikmişdir", - deyən AK rəhbəri əlavə edib: "NATO müdafiəmizin dayağı olaraq qalır. Amma aydındır ki, bizə ümumAvropa müdafiəsi lazımdır".
Məhərrəm Ağalaroğlu, “İki sahil”