Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu görüşü “Sabah” və “Turan Tovuz” arasında baş tutub.
“Sabah” 4 oyun idi qələbə qazana bilmirdi. Vasili Berezutskinin növbəti məğlubiyyət nəticəsində paytaxt təmsilçisindən qovulması da istisna edilmirdi. “Turan Tovuz” isə son turda “Səbail”lə oyunda xal itirmişdi.
“Sabah”la “Turan Tovuz” daha öncə 10 oyunda qarşılaşmışdılar. Bu oyunlarda “bayquşlar” 4 qələbə qazanmışdılar. 3 oyun bərabərliklə bitmişdisə, 3 oyunda tovuzlular qalib gəlmişdilər. Son iki görüşdə heç-heçə qeydə alınmışdı. “Turan Tovuz” son 6 qarşılaşmada qol vurmuşdu.
Elə bu oyunda da hesabı Tovuz təmsilçisi açıb. Amma ikinci hissədə iki qol vuran “Sabah” yekunda əzmkar qələbə qazanmaqla uğursuz gedişata son qoyub.
Premyer Liqa
22-ci tur
9 fevral
“Sabah” – “Turan Tovuz” 2:1
Qollar: Pavol Şafranko, 50-pen. Jesse Sekidika, 59 – Aleks Souza, 15.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultanı.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Masazır Arena”, 17:00.
Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 99. Neqoş Kupusoviç, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 32. Elgün Dünyamalıyev, 18. Pavol Şafranko, 70. Jesse Sekidika, 12. Vensan Till.
Baş məşqçi: Vasili Berezutski.
Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 77. Veysəl Rzayev, 9. Kristian da Silva (k), 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 6. Araş Qaderi, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev 19. Orxan Əliyev, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 30. Mircamal Əlizadə, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.