RU

"Qalatasaray"ın oyunu yarımçıq qaldı - Rəqib komanda meydançanı tərk etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Superliqanın 23-cü turunda keçirilən "Qalatasaray" - "Adana Dəmirspor" matçı yarımçıq qalıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, matçın 33-cü dəqiqəsində adanalılar meydanı tərk etmək qərarına gəlib.
"Adana Demirspor"un baş məşqçisi Mustafa Alper Avcı futbolçuların matça davam etməsini istəməyib və soyunub-geyinmə otağına yollanıb. Bundan sonra matçın hakimləri oyun meydanını tərk ediblər.
Matç yarımçıq dayandırılıb. Qarşılaşma ilə bağlı qərarı Türkiyə Futbol Federasiyası verəcək.
Oyun dayandırılarkən "Qalatasaray" 1:0 öndə idi. Yeganə 12-ci dəqiqədə penalti zərbəsi ilə Alvaro Morata vurub.
Избранный
45
22
oxu.az

10Источники