RU

Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazandı (FOTO)

Bakı. Trend:

Polşanın Bielsko-Biala şəhərində keçirilən karate (WKF / idmankaratesi) üzrə yeniyetmələr, gənclər və U21 yaş kateqoriyalarıarasında 52-ci Avropa çempionatı başa çatıb.

Trend xəbər verir ki, üç gün davam edən turnirdə Azərbaycanmillisinin idmançıları ümumilikdə üç medal əldə ediblər. Yığmamızınüzvlərindən Ələddin Məlikov (16-17 yaş / 68 kq) gümüş, VüsalQənbərov (14-15 yaş / 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş / 57kq) isə bürünc medal qazanıblar.

Azərbaycan karate yığması çempionata Gənclər və İdmanNazirliyinin məsul əməkdaşı Fəqan Səfərov, Azərbaycan KarateFederasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş katib QabilSayadovun rəhbərliyi ilə qatılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
62
5
az.trend.az

10Источники