Kanalizaisya borusu daşaraq avtomobil yoluna axıb. Bu səbəbdən yol keçilməz hala düşüb.
Xezerxeber.az-ın xəbərinə görə, görüntülər Abşeron rayonundandır.
Sakinlər və sürücülər bildirib ki, vəziyyət bir- neçə saatdır davam edir. Kanalizasiya borusunun daşması səbəbindən avtomobil yolunu çirkab sular basıb. Bu vəziyyətdən həm sürücülər, həm də sakinlər narahatdırlar.
Abşeron Su Meliorasiya Sistemləri İstismarı idarəsi məsələyə münasibət bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.