RU

Balakəndə betonqarışdıran maşın aşdı - Hadisə yerindən GÖRÜNTÜLƏR VİDEO

Avtomobilin motosikletlə toqquşması ölümlə nəticələnib.

Xezerxeber.az-ın xəbərinə görə, ağır qəza səhər saatlarında Astarada, Ələt-Astara magistralının Ərçivan qəsəbəsindən keçən hissəsində baş verib. 28 yaşlı Avsəl Ocaqovun sükan arxasında olduğu minik avtomobili 57 yaşlı Nizami Əskərovun idarə etdiyi motosikletlə toqquşub. Motosikletin sürücüsü Nizami Əskərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Balakəndə isə betonqarışdıran maşın aşıb. Hadisə rayonun Gürcüstanla sərhəddə yerləşən Mazımqara yaşayış məntəqəsində baş verib. Betonqarışdıran nəqliyyat vasitəsinin sürücüsü 69 yaşlı Əsgər Fərzəliyev idarə etdiyi həmin nəqliyyat vasitəsini çaya aşırıb. Qəza zamanı sürücü avtomobilin altında qalıb və aldğı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
52
xezerxeber.az

1Источники