RU

"Qalatasaray"ın üstün oynadığı oyun yarımçıq qaldı - Rəqib 34-cü dəqiqədə meydandan çəkildi

Bu gün Superliqanın 23-cü turunda "Qalatasaray"la "Adana Dəmirspor" matçı yarımçıq dayandırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasarauy"ın 1-0 üstünlüyünün davam etdiyi oyunun 34-cü dəqiqəsində  "Adana Dəmirspor" komandası meydandan geri çəkilib.

Məlumata görə, oyunçular kənardan klub rəhbərliyinin təlimatı ilə oyunu dayandırıblar.
  
Bundan sonra Bir müddət gözləyən "Qalatasaray"lı futbolçular da meydanı tərk ediblər.

Fərid ASLAN
MİA.AZ

Избранный
42
mia.az

1Источники