Premyer Liqanın XXII turunda “Şamaxı” evdə “Sumqayıt”ı məğlub edib.
Sportinfo.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 60-cı dəqiqədə Brahim Konate vurub.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran bölgə təmsilçisi turnir cədvəlində 8-ci pilləyə yüksəlib. “Sumqayıt” isə 22 xalla altıncıdır.