RU

Etna vulkanı yenidən aktivləşib

Roma, 9 fevral, AZƏRTAC

Avropanın ən böyük aktiv vulkanı olan Etna yenidən oyanıb.

AZƏRTAC xəbər verir ki, İtaliyanın cənubunda, Siciliya adasındakı vulkanın “Yeni ağız” adlı kraterindən lava axını müşahidə edilib.

Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın ətəyindəki yaşayış məntəqələrində böyük əraziyə yayılıb.

Vulkanda sonuncu dəfə lava axını ötən ilin sentyabrında baş vermişdi.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Избранный
22
12
azertag.az

10Источники