RU

SSRİ xalq artisti 95 yaşında VƏFAT ETDİ

SSRİ xalq artisti, teatr və kino aktyoru Oleq Strijenov 95 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə fevralın 9-da sənətçinin həyat yoldaşı Lionella Strijenova “İzvestiya”ya məlumat verib.

Bundan əvvəl media aktyorun xəstəxanada olması ilə bağlı məlumat yayıb. Eyni zamanda yaxınları onun özünü yaxşı hiss etdiyini və xəstəxanada planlı müayinədən keçdiyini bildiriblər.

Oleq Strijenov 1929-cu il avqustun 10-da Blaqoveşenskdə anadan olub. Dram məktəbini bitirdikdən sonra Tallində Estoniya SSR Rus Dram Teatrında aktyor kimi çalışıb, sonra Leninqradda Puşkin adına Dram Teatrında, Moskvada Kino Aktyor Studiya Teatrında və Moskva İncəsənət Teatrında çalışıb

Избранный
130
4
publika.az

5Источники