RU

Türkiyəli tanınmış hakimdən "Qalatasaray"ın qalmaqallı matçına münasibət: "Türkiyə liqası bitdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Superliqasının 23-cü turunda keçirilən "Qalatasaray" - "Adana Dəmirspor" matçı qonaq komandanın meydanı tərk etməsi səbəbi ilə yarımçıq qalıb.
Oxu.Az "Yeni Çağ"a istinadən xəbər verir ki, oyunun hakim Oğuzhan Çakır qarşılaşmanın təxirə salındığını elan edib.
Qalmaqaldan sonra keçmiş türkiyəli hakim Ahmet Çakar hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edib.
"Adana Dəmirspor"un prezidenti hörmətli Murat Sancakı təbrik edirəm, artıq kral çılpaqdır. Bu axşamkı penalti oğurluğundan sonra Türkiyə liqası bitdi", - Çakar bildirib.
Избранный
64
2
oxu.az

10Источники