RU

Papanın rəsmi mərasimdə halı pisləşdi, çıxışı yarımçıq saxladı: "Nəfəs ala bilmirəm"

Katoliklərin ruhani lideri və Vatikan dövlətinin başçısı Papa Fransiskin Vatikanda keçirdiyi ayin zamanı halı pisləşib.

Mia.az xarici mətbuata istinada xəbər verir ki, həyəcanlı hadisə katolik dünyasının hər 25 ildən bir qeyd etdiyi ənənəvi “Yubiley ili" çərçivəsində Vatikanda 30 minə yaxın şəxsin iştirakı ilə keçirilən xüsusi mərasimdə baş verib.

Məlumata görə, bronxitində problem yaranan və bu səbəbdən həftənin əvvəlindən bəzi görüşlərini təxirə salan Papa Vatikanın Müqəddəs Pyotr meydanında soyuq havada təxminən iki saat davam edən xüsusi ayin təşkil edib: "88 yaşlı Papa Fransiskin  mərasimdə etdiyi çıxışı tamamlaya bilməyib. O, köməkçisinə üzünü tutaraq "Bağışlayın, nəfəs almaqda çətinlik çəkirəm, gəl çıxışımı yekunlaşdır" deyib".

Zülfiyyə Miustafayeva
MİA.AZ

Избранный
43
mia.az

1Источники