"Qarabağ"ın futbolçusu Toral Bayramov zədələnib.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi həkim müayinəsindən keçib.
Onun zədəsi ciddi olmasa da, qarşıdakı günlərdə komandaya kömək edə bilməyəcək.
Bayramov qarşıdakı 2 həftə ərzində meydana çıxmayacaq.