RU

"Barselona" "Sevilya" üzərində inamlı qələbə qazandı

Bakı. Trend:

İspaniya La Liqasının 23-cü turunda "Sevilya" öz meydanında"Barselona" ilə qarşılaşıb.

Trend xəbər verirki, matç qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun 7-ci dəqiqəsində Robert Levandovski "Barselona"nı hesabdairəli çıxarıb. Ev sahibi komanda Ruben Varqasın 8-ci dəqiqədəvurduğu qolla dərhal cavab verib – 1:1. İkinci hissənin əvvəlində,46-cı dəqiqədə Fermin Lopes "Barselona"nın ikinci qolunu vurub.55-ci dəqiqədə Rafinya fərqi artırıb. 60-cı dəqiqədə Fermin Lopesikinci sarı vərəqə alaraq meydandan qovulub. Matçın sondəqiqələrində, 89-cu dəqiqədə Erik Qarsiya komandasının dördüncüqolunu vuraraq oyuna yekun vurub – 4:1.

Bu qələbədən sonra "Barselona" 48 xalla turnir cədvəlində üçüncüpillədə qərarlaşıb. "Sevilya" isə 28 xalla 13-cü yerdədir. LaLiqanın lideri 50 xalla "Real Madrid"dir.

Избранный
12
az.trend.az

1Источники