Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp, fevralın 10-da ABŞ-a polad vəalüminium tədarükünə 25% rüsum tətbiq etməyi planlaşdırdığınıaçıqlayıb.
Trend xəbər verirki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Trampın açıqlamasında bildirilir ki, "polad və alüminium üçünrüsumlar bazar ertəsindən etibarən hər kateqoriya üzrə 25%olacaq".
Həmçinin, mətbuat hovuzunun verdiyi məlumata görə, Trampfevralın 11-dən etibarən digər ölkələrə "qarşılıqlı tariflər"tətbiq etməyi planlaşdırır. Lakin bu barədə təfərrüatlaraçıqlanmır. Amerika lideri Luiziana ştatına uçuşu zamanıtəyyarəsində jurnalistlərin suallarını cavablandırıb.
Əvvəlcə, yanvarın 31-də Ağ Evdə keçirilən mətbuat konfransındaTramp, Birləşmiş Ştatların çips və əlaqədar məhsulların tədarükünə,habelə neft, qaz, polad, alüminium və misə tariflər tətbiq etməkniyyətində olduğunu bildirmişdi.