RU

Cənubi Koreya sahillərində balıqçı gəmisi batıb: ölənlər və itkin düşənlər var

Bakı. Trend:

Cənubi Koreya sahillərində 14 heyət üzvü olan balıqçı trauleribatıb, nəticədə dörd nəfər həlak olub, beş nəfər isə itkindüşüb.

Trend xəbər verirki, xilasetmə əməliyyatlarına 24 patrul gəmisi, dörd hərbi-dənizqüvvələri gəmisi, 13 təyyarə və digər xilasetmə gəmiləri cəlbedilib.

Sahil mühafizəsi bir neçə saat sonra gəmini 80 metr dərinlikdə,Yosu yaxınlığındakı Habaek adasından təxminən 17 kilometr şərqdəaşkar edib. Ölənlər arasında 66 yaşlı kapitan da var. Xilas olunandörd nəfərdən biri gəminin içərisində huşsuz vəziyyətdətapılıb.

Məlumata görə, gəmidə səkkiz Cənubi Koreya, üç Vyetnam və üçİndoneziya vətəndaşı olub. İlkin olaraq səkkiz nəfər xilas edilib:beş nəfər xilasetmə salında, üç nəfər isə suda üzərkən aşkarolunub. Lakin daha sonra kapitan da daxil olmaqla dörd nəfərdünyasını dəyişib.

Xilasetmə əməliyyatı çətin hava şəraitinə görə çətinləşir.Hündür dalğalar sahil mühafizəsinə məxsus kateri aşırıb, lakingöyərtədə olan altı nəfər sahil mühafizəsinin digər gəmisitərəfindən xilas edilib.

Избранный
26
az.trend.az

1Источники