RU

Kolumbiya prezidenti hökumət üzvlərinin istefasını tələb edib

Bakı. Trend:

Kolumbiya lideri Qustavo Petro nazirlərin və inzibati idarərəhbərlərinin istefaya getməsini tələb edib.

Trend xəbər verirki, dövlət başçısı bu barədə X hesabında paylaşım edib.

“Mən nazirlərin və inzibati idarə müdirlərinin rəsmiistefalarını tələb etdim. Xalqın müəyyən etdiyi proqrama daha çoxəməl olunmasına nail olmaq üçün Nazirlər Kabinetində bəzidəyişikliklər olacaq”, – deyə Petro bildirib.

O, hökumətinin ölkənin inkişafı üçün proqramın icrasına tamdiqqət yetirəcəyini əlavə edib.

Fevralın 5-də Kolumbiyanın daxili işlər naziri Xuan FernandoKristo nazirlərə fikir ayrılıqlarına görə istefa verməyi tövsiyəetmişdi. Bundan əvvəl Nazirlər Şurasının iclası keçirilib və buradahökumətə yeni təyinatlar müzakirə olunub. Armando Benedettiprezident administrasiyasının rəhbəri, 30 yaşlı Laura Sarabia isəxarici işlər naziri təyin edilib. Lakin bəzi hökumət üzvləri, ocümlədən vitse-prezident Fransia Markes bu təyinatlara qarşıçıxıb.

Избранный
29
az.trend.az

1Источники