Ağ Ev rəhbəri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə təmaslarının təfərrüatlarını açıqlamayıb.
Publika.az bu barədə Ağ Evin mətbuat xidmətinə istinadla xəbər verir.
“Prezident Putinlə nə vaxt və nə qədər tez-tez əlaqə saxladığını dəqiqləşdirməkdən imtina edib”, - bəyanatda deyilir.
Fevralın 8-də Tramp “Air Force One” təyyarəsində jurnalistlərə bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Lakin o, söhbətin nə qədər davam etdiyini və ümumilikdə Putinlə nə qədər əlaqə saxladığını açıqlamayıb.