Naxçıvan MR Dövlət Energetika Xidmətinin 20 kəndin 10 kV-luq və 0,4 kV-luq elektrik şəbəkəsinin layihələndirilərək yenidən qurulması üçün nəzərdə tutulan elektrik kabellərinin alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, qərarı qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Bildirilib ki, satınalmanın maliyyələşdirilməsi dayandırılıb.
Tenderin ümumi dəyəri 1 200 355 AZN olub.
Cabir Həsənov
Tarix: 10 Fevral 2025, 08:05