RU

Tramp Qətər prezidenti ilə görüşmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp misirli həmkarı Əbdülfəttah əs-Sisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla görüşmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, Amerika lideri bunu Luiziana ştatına uçarkən təyyarəsində jurnalistlərə deyib. 

Amerika lideri bu görüşlərin nə vaxt və harada keçirilə biləcəyini açıqlamayıb.

Tramp Misir prezidenti və Səudiyyə vəliəhdi ilə konkret hansı mövzuları müzakirə etmək niyyətində olduğunu açıqlamayıb.

Eyni zamanda, Amerika lideri fələstinlilərin Qəzza zolağından öz ərazilərinə köçürülməsinin zəruriliyinə ərəb ölkələrinin liderlərini inandıra biləcəyinə əminliyini ifadə edib.

Избранный
12
ucnoqta.az

1Источники