RU

Tramp bu pulların istehsalını DAYANDIRDI

Yanvarın 20-də rəsmi olaraq vəzifəsinin icrasına başlayan ABŞ prezidenti Donald Tramp dövlət xərclərini azaltmaq üçün yeni addım atıb.

News24.az xəbər verir ki,  “Truth” sosial media platformasında açıqlama verən Tramp ölkədə istifadə edilən bəzi sikkələrin yüksək istehsal dəyərini tənqid edib. 

“Birləşmiş Ştatlar çox uzun müddətdir ki, bizə 2 sentdən çox baha başa gələn sikkələr çap edir” deyən Tramp, “Bu, böyük israfdır” dedi. Bu səbəbdən Tramp ABŞ Maliyyə Naziri Scott Bessent-ə yeni “qəpik”lərin istehsalının dayandırılması ilə bağlı göstəriş verdiyini açıqlayıb və “Gəlin böyük dövlətimizin büdcəsində bir qəpik də olsa israfı aradan qaldıraq” əlavə edib.

Günel Məlikzadə

Избранный
15
news24.az

1Источники