Türkiyədə satılan su markası ilə bağlı səslənən qalmaqallı iddia gündəmi silkələyib.
Medicina.az xəbər verir ki, Türkiyədə də satılan məşhur Los-Anceles su markası Fiji su ilə bağlı səslənən qalmaqallı iddia hər kəsi şoka salıb.
ABŞ-da yerləşən ətraf mühit təşkilatı "Plastic Pollution Coalition" tərəfindən aparılan araşdırmalarda məşhur markanın sularında ciddi sağlamlıq riskləri aşkar edilib.
Plastik Çirklənmə Koalisiyası Fiki sularında mikroplastiklərin və bisfenol-A (BPA) olduğunu açıqladı. Aşkar edilən maddələrin xərçəngə və autizmə səbəb olması diqqət çəkib.
Bundan sonra Los-Ancelesdə şirkətə qarşı iddia qaldırılıb və reklamların dayandırılması tələb olunub.
31 yanvar 2025-ci ildə şirkətə qarşı açılan iddiada sözügedən markanın suyunun tərkibindəki maddələrin səhhətdə ciddi problemlər yaratdığı iddia edilib.
Aşkar edilən təhlükəli maddələrin xərçəng, doğum problemləri, autizm, ürək-damar xəstəlikləri və hətta ölüm kimi ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyibildirilib.
Ancaq bu iddialarla bağlı hələ də ictimaiyyətə açıq elmi araşdırma yoxdur.
Bu qalmaqallı iddialara cavab olaraq Fiji Water-dan açıqlama verilib. Şirkət ittihamları rədd edərək, onları "əsassız və gülünc" adlandırıb. Digər tərəfdən, şirkət bu ittihamlarla bağlı qanuni addım atacaqlarını da bildirib.
![](https://www.medicina.az/uploads/images/2025-02-09-09-05-24ofLRh0LAVZDVxMZVQ9CJ_file.jpg)
Aygün
Medicina.az