RU

Kaşuk üçün İspaniya iddiası

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Legioners.ua” saytı məlumat yayıb. Xəbərdə La Liqadan adı açıqlanmayan bir klubun vingeri icarəyə götürmək istədiyi bildirilib.

Komandanın çempionatda autsayderlər zonasında olduğu qeyd edilib.

Kaşuk mövsümün əvvəlində azad agent kimi “Qarabağ”a keçib. 24 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 14 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.

Избранный
9
futbolpress.az

1Источники