RU

Azərbaycanı iki yerə bölən Türkmənçay müqaviləsi » AzadMedia.az

Türkmənçay müqaviləsinin imzalanmasından 197 il ötür. Məhz həmin tarixdə Azərbaycan torpaqları ikiyə bölünüb. Bununla da Şimali Azərbaycan və Cənubi Azərbaycan ifadələri yaranıb. İranın ikinci dəfə Çar Rusiyasına uduzması və rus ordusunun artıq Tehrana doğru irəliləməsi şahı ağır şərtlər altında Türkmənçay sülh müqaviləsini imzalamağa vadar edib. Beləliklə, 1828-ci il fevralın 9-dan 10-na keçən gecə Təbriz yaxınlığındakı Türkmənçay kəndində şahzadə Abbas Mirzə ilə general Paskeviç arasında 16 maddəlik müqavilə imzalanıb.

Türkmənçay müqaviləsi həm də 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsini təsdiq edib. Bununla da İrəvan və Naxçıvan xanlıqları Rusiya imperiyasına birləşdirilib. Tarixçi alim Musa Qasımlı AzadMedia.az-a açıqlamasında bildirib ki, çar Rusiyası özünün sistemli şəkildə siyasətini həyata keçirtməkdən ötrü erməniləri azərbaycanlılara məxsus torpaqlara yerləşdirib:

“Həmin torpaqlarda onlara əlverişli şərait yaradıldı bir sıra güzəştlər tətbiq edildi. Bununla da həmin ermənilər varlandılar.Həmçinin bütün güzəştlərə baxmayaraq çar Rusiyasını arxadan vurmaqda davam etdilər. Ermənilər onlara yaradılan imkanlardan müsəlmanlara qarşı istifadə etdilər. Sonrakı proseslər isə daha ağrılı oldu”

Musa Qasımlının sözlərinə görə, Azərbaycanın indi yaşadığı əksər problemlərin əsası məhz Türkmənçay müqaviləsi ilə qoyulub.

Ölkəmiz üçün ağır fəsadlara yol açan Türkmənçay müqaviləsi yalnız 1991-ci ildə müstəqilliyimizi əldə etdikdən sonra əhəmiyyətini itirib

Избранный
24
1
azadmedia.az

2Источники