RU

Slot “Liverpul”un kubokda mübarizəni dayandırmasını şərh etdi

“Liverpul”un baş məşqçisi Arne Slot “qırmızılar”ın İngiltərə Kubokunun cari mövsümündə mübarizəni dayandırmasını şərh edib.

Arena.az məlumat verir ki, “Liverpul” yarışın 1/16 final mərhələsində səfərdə gözlənilmədən “Plimut Arqayl”a 0:1 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.

“Plimut”dan əla bir oyun. Oyun üçün yaxşı bir plan idi, onlar tərifə layiqdirlər. Bizim üçün heç də ən yaşı gün deyildi və bu hesab onun nəticəsi oldu. Uşaqların mübarizə apara bilmədiyini deyə bilmərəm. Hər iki komanda demək olar ki, qol imkanları yaratmadı, sonra isə penalti baş verdi.

Belə bir oyunda hər şeyi bircə an həll edir. Bu an rəqibdə oldu və qələbəni haqq etdi. Belə bir oyun sisteminə qarşı fəaliyyət göstərməklə, fürsətlər yaratmaq çətindir. Mən buna təəccüblənmədim. Top bizdə olarkən rəqib çox aqressiv idi.

Kifayət qədər oyun qarşılığı olmadıqda fürsətlər yaratmaq asan deyil. İndi hamımız acı çəkirik. Biz mümkün qədər uzağa getmək istəyirdik. Biz gələcəkdə daha yaradıcı olmalıyıq” – Arne Slot matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.

Избранный
41
arena.az

1Источники