RU

Sadiq Qurbanov: “Zəngəzur dəhlizinin açılması tarixi zərurətdir”

Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı ilə bağlı QHT.az-a açıqlama verib.

O bildirib ki, dövlət başçısı müşavirədə regional və lokal nəqliyyat məsələlərinə xüsusi diqqət ayırıb. Prezidentin Zəngəzur dəhlizi ilə bağlı prinsipial mövqeyi bir daha təsdiq etdi ki, bu layihənin reallaşması tarixi zərurətdir.

Sadiq Qurbanov həmçinin, Bakıda elektrik avtobuslarının gətirilməsi və metro tikintisinin genişləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin fikirlərinə toxunaraq vurğulayıb ki, bu addımlar gələcəkdə nəqliyyat infrastrukturunun sürətlə təkmilləşdirilməsinə və ekoloji cəhətdən daha dayanıqlı sistemin qurulmasına töhfə verəcək.

Избранный
8
qht.az

1Источники