Bu gün Azərbaycan çempionatında XXII turun daha iki oyunu keçiriləcək.
Msport.az xəbər verir ki, hər iki görüş Bakıda baş tutacaq.
Əvvəlcə turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Araz-Naxçıvan” autsayderlər zonasında yer alan “Kəpəz”i sınağa çəkəcək.
Ardından paytaxt derbisində “Zirə” “Neftçi”ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası
XXII tur
10 fevral
16:00. “Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Liv Bona Dea Arena”
19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun dünən keçirilən oyunlarında “Şamaxı” “Sumqayıt”ı (1:0), “Sabah” “Turan Tovuz”u (2:1) məğlub edib. Tura sabah təşkil olunacaq “Qarabağ” – “Səbail” matçı ilə yekun vurulacaq.