"İctimai TV" - də bu gün yayıma başlayan "Səs Azərbaycan"ın ən güclü səsi hesab edilən Teymur Hənifəyev Naughty Boyun "La la la" mahnısını ifa edib.
Sfera.az xəbər verir ki, o, jurilərdən xalq artisti Röya Ayxanı seçib. Sevinci yerə - göyə sığmayan Röya Ayxan Teymura birgə duet ifa etmək təklifi edib. Münsiflər Teymur Hənifəyev üstündə əməlli söz savaşına çıxıb, mübarizə aparsalar belə iştirakçı fikrində qəti olduğunu açıqlayıb və bundan sonra pop kraliça ilə davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, o, müğənni İlqar Xəyalın oğludur.