RU

12 saat ərzində 4 zəlzələ

Yunanıstanda son 12 saat ərzində silsilə formada 4 bal gücündə 4 zəlzələ baş verib. Təkanlar Egey dənizində yerləşən Santorini, Anafi və Amorqos adalarında qeydə alınıb.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələlər adalarda yerləşən vulkanik dağlara da təsir edib. Yunan rəsmiləri vulkan püskürməsindən ciddi ehtiyat edir.

Qeyd edək ki, Yunanıstanda son 1 həftə ərzində silsilə təkanlar müşahidə olunur. Bu Bu ölkə dünyadakı ən aktiv seysmik zonalardan biri sayılır.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
22
yenisabah.az

1Источники