RU

“Turan Tovuz”dan tələb: “Təmiz futbol, ədalətli qərarlar”

Misli Premyer Liqasının XXII turunun “Sabah” - “Turan Tovuz” mübahisəli hakim qərarları ilə yadda qalıb.

İdman.biz xəbər verir ki, görüşün idarəçiliyi 1:2 hesabı ilə uduzan Tovuz təmsilçisinin ciddi narazılığına səbəb olub.

Bölgə klubu matçdan sonra sosial şəbəkə paylaşımı ilə qarşılaşdığı ədalətsizliklərdən şikayətlənib. Dünənki oyundan olan epizodları videosunun yer aldığı paylaşımda ədalətli qərarlar tələbi də əksini tapıb: “Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. AFFA Hakimlər Komitəsinin sədri cənab Frank De Blekerin "Sabah" - "Turan Tovuz" oyununda hakimliklə bağlı fikirlərini səbrsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!”.

Qeyd edək ki, oyunun hakimi İnqilab Məmmədov hər komandanın bir qolunu hesaba almayıb.

İdman.biz

Избранный
15
idman.biz

1Источники