RU

“Regionda eskalasiya üçün heç bir ilkin şərt yoxdur” - Paşinyan

“Ermənistan ilə Azərbaycan arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyası, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyası normal və konstruktiv iş rejimində işləyir”.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın məqaləsində deyilir.

O qeyd edib ki, bu günlərdə Ermənistan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar idarələrarası komissiyasının və Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələrinin iclası keçirilib. Bütün bunlar o deməkdir ki, regionda eskalasiya üçün heç bir ilkin şərt yoxdur, üstəlik, sülh üçün bütün ilkin şərtlər yaradılıb.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
28
missiya.az

1Источники