RU

Premyer Liqa: “Neftçi” “Zirə”yə, “Kəpəz” “Araz-Naxçıvan”a qarşı

Bakı, 10 fevral, AZƏRTAC

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXII turunda daha 2 oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Kəpəz”i sınağa çəkəcək. Qarşılaşma saat 16:00-da başlayacaq. Hazırda Naxçıvan təmsilçisi turnir cədvəlində 43 xalla 2-ci, Gəncə klubu isə 17 xalla 9-cudur.

Digər görüşdə isə “Neftçi” “Zirə”nin qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək. 39 xalı olan “qartallar” 3-cü, 21 xalı olan “ağ-qaralar” isə 7-ci sırada qərarlaşıb.

Qeyd edək ki, XXII turun əvvəlki oyunlarında “Sumqayıt” səfərdə “Şamaxı”ya 1:0, “Turan Tovuz” isə “Sabah”a 1:2 hesabı ilə uduzub. Tura noyabrın 11-də keçiriləcək "Qarabağ" - "Səbail" matçı ilə yekun vurulacaq.

 

Избранный
7
3
azertag.az

3Источники