RU

Tramp: "Səbrimiz tükənir"

Bu sözləri ABŞ Prezidenti Donald Tramp ötən gün "Air Force One" təyyarəsində jurnalistlərə açıqlamasında dilə gətirib. O, əsirlərin acınacaqlı vəziyyətinə görə kədərləndiyini bildirib.

"Belə bir vəziyyətə daha nə vaxtacan dözəcəyik, bilmirəm. Onlar, deyəsən, bir aydır yemək yeməyiblər. Necə də arıqlayıblar. Halbuki cəmi bir neçə il əvvələdək tamamilə sağlam adamlar idilər. Bu gün onlara baxanda isə elə bilirsən ki, 25 yaş qocalıblar. Sanki Holokostdan sağ çıxanların köhnə şəkillərinə bənzəyirlər. Vəhşicəsinə, amansızcasına rəftara məruz qalıblar. Bu yolverilməzdir. Bu cür halda necə səbirli qalasan?! Gec-tez səbrimiz tükənəcək",- Tramp vurğulayıb.

(HƏMAS-ın şənbə günü azadlığa buraxdığı üç İsrail vətəndaşı: aşağı sırada əsirlikdən qabaq, yuxarı sırada əsirlikdən sonra)

Xatırladaq ki, yanvarın 19-da İsrail ilə Fələstinin HƏMAS terror təşkilatı arasında üçmərhələli atəşkəs və əsir mübadiləsi üzrəs saziş qüvvəyə minib. Sazişə əsasən, HƏMAS Qəzzada əsir saxladığı əsirləri: İsrail və digər ölkələrin vətəndaşlarını partiya-partiya sərbəst buraxır.

Digər tərəfdən, Donald Tramp ötən günlərdə "Qəzza zolağının xarabalığa, təhlükəli zonaya çevrildiyi" arqumentini irəli sürərək, sakinlərin təhlükəsiz ərazilərə, əsasən də Misir və İordaniyaya köçürülmələrinin vacibliyini vurğulayıb. Bu təklif istər regional qüvvələr, istərsə də regiondan kənardakı ölkələr tərəfindən birmənalı qarşılanmayıb. O, ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda birgə mətbuat konfransında isə təklifini daha da irəliyə apararaq, Qəzza üçünxüsusi planınıdiqqətə çatdırıb.
İsrail fələstinliləri Qəzzadan köçürür

"ABŞ Qəzza zolağını nəzarətə götürəcək, orada görəcəyimiz işlər var. Belə ki, bütün partlamamış bombaları və digər silahları aradan qaldıracaq, xarabalıqları təmizləyəcək, qaydasına salacaq, əhali üçün qeyri-məhdud ev və iş yerləri yaradıb iqtisadi inkişafa çatacağıq",- Tramp vurğulayıb.

ABŞ liderinin planı istər İsraildə, istərsə də ABŞ-də müsbət qarşılanıb. İsrailin Baş naziri Benyamin Netanyahu sözügedən planı "yaxşı fikir" kimi qiymətləndirib. Digər tərəfdən,Fələstin Muxtariyyətivə HƏMAS terror təşkilatı, eyni zamanda, bir sıra Avropa ölkəsi, o cümlədənFransabelə bir plana etiraz bildirib.

Firudin Həmidli
AzVision.az
Избранный
92
azvision.az

1Источники