Demokrat.az pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest və şikayət təmin edilməyib.
Qeyd edək ki, hökmdən dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırıb ki, cinayət işi üzrə xüsusilə diqqətçəkən məqam var. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri dövlət hakimiyyəti orqanlarının səlahiyyətinə aid olan məsələlərin həlli ilə əlaqədar aldadıb, heç bir əsas olmadığı halda onlara sosial müavinətin düzəldilməsinə, təsərrüfat təyinatlı torpaq sahəsində tikinti işləri aparacağına icazə alacağına dair vədlər verib, nəinki vətəndaşları aldatmaqla onlara ziyan vurub, həmçinin dövlət orqanlarının fəaliyyətini nüfuzdan salan hərəkətlərə də yol verib.
İttihama görə, Namiq Məmmədov özünü jurnalist kimi təqdim edərək zərərçəkmiş M.M.-ə (şərti) sosial müavinət düzəldilməsində köməklik edəcəyini vəd edib. O, bu yolla paytaxtın Binə qəsəbəsində zərərçəkmişdən ümumilikdə 700 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, təqsirləndirilən şəxs digər zərərçəkmiş S.S.-in (şərti) Binə qəsəbəsində yerləşən təsərrüfat təyinatlı torpaq sahəsində tikinti işləri aparacağına icazə alacağını vəd verib və ondan ümumilikdə 2700 manat pul alaraq dələduzluq edib.
4Источники
-
demokrat.azÖzünü jurnalist kimi təqdim edən şəxsdən YENİ XƏBƏR VAR ( 15363071)
-
bizim.mediaÖzünü jurnalist kimi təqdim edən şəxsdən YENİ XƏBƏR VAR ( 15362243)
-
moderator.azÖzünü jurnalist kimi təqdim edənlər... ( 15361847)
-
pravda.azÖzünü jurnalist kimi təqdim edərək dələduzluq edən şəxslə bağlı QƏRAR ( 15361445)