![XİN:](/uploads/posts/2025-02/ayxan-hacizade.jpg)
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini bərpa edib.
Reyting.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
Xatırladaq ki, Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilmişdi. Konsulluğun fəaliyyəti distant qaydada həyata keçirilirdi.