RU

Putinlə geniş söhbətimiz olacaq - Tramp

Amerika prezidenti Donald Tramp münasib vaxtda Rusiya dövlətinin başçısı Vladimir Putinlə görüşün mümkünlüyünə inanır və gələcəkdə onunla telefon danışıqlarına da ümid edir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bunu jurnalistlərə deyib.

O, Luizianaya gedərkən təyyarədə KİV nümayəndələrinin suallarını cavablandırıb: “Düşünürəm ki, mən Putinlə lazımi anda görüşəcəm”.

20 yanvar 2025-ci il tarixindəki andiçmə mərasimindən əvvəl və ya sonra Putinlə telefon danışığı olub-olmaması ilə bağlı suala Tramp birmənalı cavab verməyib.

O, “Putinlə geniş söhbət olacağını gözləyirəm" deyib.

Ukraynadakı münaqişədən danışan Tramp vurğulayıb: “Biz bunu dayandırmalıyıq. Tezliklə buna son qoymalıyıq”.

Избранный
5
1
modern.az

2Источники