RU

Çin lideri də Qələbənin 80 illiyinə qatılacaq

Çin Prezidenti Si Cinpin Qələbə Gününü Moskvada qeyd etmək üçün Rusiya liderinin dəvətini qəbul edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Çindəki səfiri İqor Morqulov “Rossiya-24” telekanalının efirində bildirib.

"Çin Respublikasının Prezidenti Si Cinpin mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak etmək dəvətini qəbul edib və öz növbəsində Vladimir Putini sentyabrın əvvəlində Çində keçirilməsi planlaşdırılan bayram tədbirlərinə dəvət edib", - o qeyd edib.

Xatırladaq ki, bu il Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi tamam olur.

Ağarza Elçinoğlu 

Избранный
6
1
unikal.az

2Источники