RU

Sertifikasiya TƏHLÜKƏSİ: "Həmin müəllimlərin çoxu kəsiləcək"

“Bu il keçiriləcək sertifikasiyada ən aşağı nəticəni informatika müəllimləri göstərəcək”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil ekspreti Elşən Qafarov bildirib.

 

“İnformatika müəllimlərinin böyük hissəsinin kompüterdə elementar işləmə qabiliyyəti yoxdur. Məhz bu səbəbdən informatika müəllimlərinin nəticəsinin aşağı olması gözlənilir.

 

İmtahan verənlər arasında olan biologiya kimya müəllimləri adətən həkim olmaq istəyib, balları müəllimlik ixtisasına çatan şəxslərdir. Buna görə də onların hazırlıq səviyyələri yüksəkdir. Coğrafiya müəllimləri ilə bağlı konkret fikir demək mümkün deyil.

 

Xüsusən regionlarda informatikanın tədrisi çox aşağı vəziyyətdədir, məktəblərdə informasiya və kommunikasiya texnologiyaları (İKT) yox səviyyədədir, təhsil müəssisələrinə verilən kompüterlərin əksəriyyəti mənəvi cəhətdən köhnəlmiş avadanlıqlardır. Bu avadanlıqların aşağı səviyyədə olması informatika müəllimlərinin də peşəkarlığının aşağı olmasına gətirib, çıxarır. Məhz bu səbəblərdən də builki sertifikasiyada ən aşağı nəticənin məhz informatika müəllimləri arasında olacağını düşünürəm”.

Избранный
15
azedu.az

1Источники