“Riyaziyyatın interaktiv öyrənilməsi” adlı layihənin bağlanış mərasimi keçirildi.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin bağlanışında Ağcabədi rayonu Nəcəfqulubəyli kənd tam orta məktəbin rəhbərliyi və müəllimlər iştirak edib.
Layihə çərçivəsində “Mastery Class” yanaşması ilə Khan Academy materiallarına əsaslanan dərs proqramı hazırlanıb və müəllimlərə platformadan istifadə üzrə təlimlər verilmişdir.
Qeyd edək ki, şagirdlər iki ay ərzində hər biri həftədə 3 saat olmaqla dərslərdə iştirak ediblər. Layihə müddətində interaktiv dərs metodları ilə 48 saat riyaziyyat tədris olunub, nəticələr isə monitorinq və sorğular vasitəsilə qiymətləndirilmişdir.
Xatırladırıq ki, “Riyaziyyat dərsinin şagirdlərin mənimsəmə tempinə uyğun öyrənmə imkanı” adlı layihə Nəcəfqulubəyli kənd tam orta məktəbdə Aydın Eyvazov tərəfindən həyata keçirilmişdir.
Layihənin əsas məqsədi Khan Academy platformasında 6-cı sinif riyaziyyat materiallarını məktəb proqramına uyğunlaşdıraraq, şagirdlərə fərdi tempdə öyrənmə imkanı yaratmaq və müəllimlərin fərdi yanaşmanı tətbiq etməsi üçün şərait təmin etməkdən ibarət idi.