Bu gün Misli Premyer Liqasının XXII turunun növbəti matçları keçiriləcək.
İdman.biz xəbər verir ki, ikinci oyun günü “Liv Bona Dea Arena”da başlayacaq.
“Araz-Naxçıvan” ev oyunlarını keçirdiyi stadionda “Kəpəz”i qəbul edəcək. Bu, komandaların çempionat çərçivəsində 11-ci dueli olacaq.
Əvvəlki görüşlərdə Naxçıvan təmsilçisi 4, Gəncə klubu 6 dəfə qalib gəlib. Heç-heçə olmayan qarşılaşmalarda “Kəpəz” top fərqində üstündür – 20-11.
“Araz-Naxçıvan” son 4 oyunda qol vurub. “Kəpəz” son iki matçda quru hesabla uduzub.
29.10.2000 | Araz - Kəpəz | 1:3 |
22.04.2001 | Kəpəz - Araz | 6:0 |
15.09.2001 | Kəpəz - Araz | 4:1 |
05.12.2001 | Araz - Kəpəz | 2:0 |
03.09.2023 | Kəpəz - Araz-Naxçıvan | 1:2 |
10.11.2023 | Araz-Naxçıvan - Kəpəz | 0:1 |
05.02.2024 | Kəpəz - Araz-Naxçıvan | 3:1 |
05.04.2024 | Araz-Naxçıvan - Kəpəz | 1:2 |
13.09.2024 | Araz-Naxçıvan - Kəpəz | 1:0 |
22.11.2024 | Kəpəz - Araz-Naxçıvan | 0:2 |
Qeyd edək ki, qarşılaşma saat 16:00-da başlayacaq.
İdman.biz