RU

Rusiya Cənubi, hətta Şimali Qafqazı itirməyə hazır olmalıdır



"AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasından sonra Azərbaycan və Rusiya arasında davam edən sonrakı proseslər iki dövlət arasında olan strateji müttəfiqlik əlaqələrinin ruhuna ziddir. Məsələ ondadır ki, bu hadisənin mahiyyəti Azərbaycanın Rusiyadan günahını etiraf edib üzr istəməsi və buna görə kompensasiya ödəməsi tələbidir. Amma Rusiyanın bəzi dairələri görünən odur ki, bu məsələni iki ölkə arasında mahiyyət etibarilə qarşıdurma səbəbi kimi xarakterizə etməyə cəhd edirlər".

Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, bu, Rusiyanın şovinist dairələrinin saxta "Velikorus" hegemonluğunun təzahürüdür:

"Bunun nəticəsidir ki, həmin dairələr soydaşlarımızın Rusiyadan kütləvi şəkildə Azərbaycana deportasiyasından danışırlar. Təbii ki, bu, sadəcə sözdən ibarət təkliflərdir. Rusiya dövlətinin belə bir addımı ikitərəfli münasibətlərin geridönməz şəkildə zədələnməsinə səbəb olar. Çoxəsrlik Azərbaycan və Rusiya münasibətlərində sağalması çətin olan dərin yaralar açar. Hesab edirəm ki, bu təklifi verənlər dövlət anlayışından, Azərbaycanın Rusiya üçün indiki durumda əhəmiyyətindən məlumatı olmayan adamlardır. Ümid edirik ki, Rusiya dövlətini idarə edən rəhbərlərin bu kimi kiçik düşüncəli adamlardan fərqli olaraq düşüncələri başqadır və əminik ki, bu, belədir.
Azərbaycan demək, eyni zamanda, Türkiyə deməkdir. Azərbaycan və Türkiyəni Rusiyanın indiki durumunda itirilməsi isə oturduğu budağı kəsməkdən başqa cür adlandırmaq olmaz".

Azər Qasımov deyib ki, azərbaycanlıların bir vətəni var:

"Onlar Rusiyadan qovulsalar Azərbaycana gələcəklər. Amma Rusiya bundan sonra Azərbaycanı itirəcəksə, bütün Cənubi, hətta Şimali Qafqazı itirməyə hazır olmalıdır".

Süleyman
Избранный
36
newscenter.az

1Источники